• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin II mərhələsinə başlanılır

SABAH qruplarına 2018-2019-cu tədris ili üçün tələbə seçimi müsabiqəsinin  birinci mərhələsi başa çatıb. Bu mərhələdə 1712 tələbə elektron ərizəni müvəffəqiyyətlə tamamlayıb, 1645 tələbənin ərizəsi təsdiqlənib, 67 tələbənin ərizəsi isə müsabiqə qaydalarına uyğun olmadığı üçün ləğv edilib.

SABAH qruplarına 2018-2019-cu tədris ili üçün tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi iyunun 10-da keçiriləcək. Tələbələr imtahana buraxılış vərəqələrini 6 iyun tarixindən etibarən www.student.sabah.edu.az saytındakı şəxsi kabinetə daxil olaraq yükləyə və çap edə bilərlər. İmtahana gələn zaman tələbələr buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidilər.

Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən SABAH qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədi ilə yaradılıb. SABAH qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olan tələbələr üçün ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha uğurlu namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edir.

Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2300-dən tələbəni,  650-dən  çox müəllim-professor heyətini əhatə edir.

2016-2017-ci tədris ili üzrə SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfərdir.


5 il əvvəl