• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Respublika fənn müsabiqəsi keçirilib

İyunun 3-də ölkənin bütün şəhər və rayonlarında 6-7-ci sinif şagirdləri arasında Respublika fənn müsabiqəsinin  birinci mərhələsi keçirilib.

18 000-ə yaxın şagirdin iştirak etdiyi müsabiqənin birinci mərhələsində iştirakçılara qeyri-standart düşünmə qabiliyyətini, məntiqi təfəkkürü  müəyyən edən  tapşırıqlar təqdim edilib.

Şagirdlər 150 dəqiqə ərzində 50 tapşırığa cavab verməli olublar. Müsabiqənin ikinci mərhələsində məntiqi suallarla yanaşı müvafiq fənlər üzrə də tapşırıqlar veriləcək.

Respublika fənn müsabiqəsinin  keçirilməsində əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.


5 il əvvəl