• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Bakı şəhəri 307 nömrəli tam orta məktəbdə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı "Uşaqları qoruyaq!" adlı tədbir keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktoru Rövşən Qasımov uşaqları təbrik edib, dövlətimiz tərəfindən onlara göstərilən qayğıdan danışıb.

Həmin gün məktəbdə  4-cü sinif şagirdlərinin buraxılış günü də keçirilib. Məktəbin ibtidai sinif müəllimi Durna Abışova şagirdlərini təbrik edib, gələcək tədris ilində onlara uğurlar arzulayıb.

Tədbirin bədii hissəsində şagirdlər Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, rəqslər ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

 


5 il əvvəl