• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsil müəssisələrinin şagirdlərinə sertifikatlar təqdim olunub

Peşə təhsili müəssisələrinin “NORM” MMC-nin sement zavodunda istehsalat təcrübəsi keçən şagirdlərinə və onların istehsalat təlimi ustalarına sertifikatların təqdim olunması mərasimi keçirilib.

Tədbirdə “NORM” MMC-nin baş icraçı direktoru Henning Sasse istehsalat təcrübəsini başa vuran şagirdləri təbrik edərək layihənin uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu layihə yeni bacarıqlara malik gənclərin, uğurlu kadrların işlə təminatına xidmət edir.

Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin, adıçəkilən peşə təhsili müəssisələrinin nümayəndələri biznes və təhsil sistemləri arasında qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar.

Sonra  təcrübə keçən 28 nəfər şagirdə və 2 istehsalat təlim ustasına sertifikatlar təqdim edilib.

Gələcəkdə də bu sahə üzrə ixtisaslaşmış digər peşə təhsili müəssisələrinin müvafiq layihə üzrə təcrübədən faydalanması nəzərdə tutulur.

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi“NORM” MMC arasında bağlanmış anlaşma memorandumuna uyğun olaraq Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təhsilalanları fevralın 2-dən mayın 31-dək “NORM” MMC–də istehsalat təcrübəsi keçiblər.


5 il əvvəl