• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Coca-Cola məktəbli kuboku” turnirinə yekun vurulub

Təhsil Nazirliyi, AFFACoca-Cola şirkətinin birgə layihəsi olan “Coca-Cola Məktəbli Kuboku” turnirinin final mərhələsinə yekun vurulub.

"ABU Arena” idman kompleksində keçirilən final qarşılaşmasında Bakı şəhəri Binəqədi rayonu 126 nömrəli tam orta məktəbin komandası ilə Qazax rayonu Qazaxbəyli kənd tam orta məktəbin komandası qarşılaşıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən 126 nömrəli tam orta məktəbin komandası “Coca-Cola Məktəbli Kuboku” turnirinin 2017-2018-ci il mövsümünün qalibi olub. Turnirdə 3-cü yeri Mingəçevir şəhər Texniki Humanitar Liseyin komandası tutub.

Final qarşılaşmasından sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Məktəbli futbolçulara kubok, medal, diplom, xatirə hədiyyələri tədqim olunub. Turnirin "ən yaxşı oyunçu" adına Binəqədi rayonu 126 saylı orta məktəbinin komandasının üzvü Səbuhi Qurbanov, “ən məhsuldar oyunçu” adına həmin komandanın digər oyunçusu Əmirxan Qurbanov, “fair play” nominasiyasının qalibi adına isə Qazax rayon Qazaxbəyli kənd  məktəbinin komandasının futbolçusu Fidan Məmmədova layiq görülüblər.

Qeyd edək ki, “Coca-Cola Məktəbli Kuboku”nun 2017/2018 mövsümünün məktəbdaxili mərhələsində 100 minə yaxın məktəbli iştirak edib. 7 ildir təşkil olunan “Coca-Cola Məktəbli kuboku” ölkə üzrə keçirilən ən kütləvi futbol yarışmasıdır.


5 il əvvəl