• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İntellektual oyun üzrə regional məktəb çempionatı keçirilib

Təhsil Nazirliyinin təşkilatçılığı və Azərbaycan İntellektual Klublar Assosiasiyasının dəstəyi ilə məktəblilər arasında “Azərbaycan Xalq Cumhuriyyəti İli”nə həsr olunmuş intellektual oyun üzrə çempionat keçirilib.

Çempionat respublikanın bütün rayonlarını əhatə etməklə 11 regionda - Bakı, Gəncə, Sumqayıt, Şəmkir, Mingəçevir, Şirvan, İmişli, Masallı, Quba, Zaqatala, Göyçay rayonlarında təşkil olunub. Bakı regionu üzrə təşkil olunan çempionatda 57 ümumtəhsil məktəbi, Şuşa, Cəbrayıl və Zəngilan rayonlarının komandaları – ümumilikdə 60 komanda mübarizə aparıb.

Maraqlı mübarizə şəraitində keçən yarışın qalibi Bakı Avropa Liseyinin komandası olub. Regionlar üzrə çempionatın qalibləri adına Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin, Gəncə şəhəri 31 nömrəli tam orta məktəbin, eləcə də Füzuli, Abşeron, Ucar, Zaqatala, Lənkəran, İmişli, Qazax, Bərdə rayonlarının komandaları layiq görülüb.

Çempionatın keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına təkan vermək, eləcə də yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gənclərin aşkara çıxarılması, daha çox məktəblinin intellektual fəaliyyətə cəlb olunması, onların asudə vaxtının səmərəli təşkilini təmin etməkdən ibarətdir.

Çempionatın təşkilində Təhsil Nazirliyinin "BİR" Tələbə Könüllü proqramının üzvləri fəal iştirak ediblər.

Qaliblər Təhsil Nazirliyinin kubok və medalları ilə təltif olunub.


5 il əvvəl