• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yarış

SABAH qrupları “Veysəloğlu” Şirkətlər Qrupunun birgə təşkilatçılığı, Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş universitetlərarası “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

Turnirdə 10 ali təhsil müəssisəsində  20 komanda olmaqla ümumilikdə 120 tələbə mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən “Nə? Harada? Nə zaman?” intellektual yarışın qalibi Bakı Mühəndislik Universitetini təmsil edən “Promotey” komandası olub.

İkinci yeri Azərbaycan Dillər Universitetinin “Fenomen” komandası, üçüncü yeri isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Fətəlity” komandaları qazanıb.

Qaliblərə sertifikatlar, medallar və kubok təqdim edilib, həmçinin “Teas Press” Nəşriyyat evindən bestseller kitablar hədiyyə olunub. Bundan başqa turnirin çempionu “Promotey” komandası 2500 AZN, ikinci yerin sahibi “Fenomen” komandası 1500 AZN, üçüncü yerə layiq görülən “Fətəlity” isə “Veysəloğlu” Şirkətlər Qrupu tərəfindən 1000 AZN pul mükafatı ilə təltif olunub.


5 il əvvəl