• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri müavininin Paris şəhərinə səfəri davam edir

Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Ali Təhsil Məkanı nazirlərinin konfransı və Bolonya Siyasəti Forumunda iştirak etmək məqsədi ilə Fransanın Paris şəhərinə rəsmi səfəri davam edir.

Səfər çərçivəsində Firudin Qurbanov Fransa Respublikasının ali təhsil, tədqiqat və innovasiyalar naziri Frederik Vidalla görüşüb. Görüşdə Azərbaycan və Fransa arasında mövcud təhsil əlaqələrinin genişləndirilməsi, ikili diplom proqramlarının yaradılması, sosial elmlər sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat proqramlarının və nəşlərin həyata keçirilməsi müzakirə olunub. Müzakirələr zamanı əvvəllər də uğurla təşkil olunmuş Azərbaycan-Fransa universitetlərarası forumunun keçirilməsinin davam etdirilməsi təşəbbüsü irəli sürülüb.

Nazir müavini Rumıniyanın milli təhsil naziri Valentin Popa və Belarus Respublikasının təhsil naziri İqor Karpenko ilə də ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən ölkələrimizin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.


5 il əvvəl