• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Refleksiv müəllim” seminarı keçirilib

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) təşkilatçılığı ilə Şirvan şəhərində “Refleksiv müəllim” seminarı keçirilib.

Seminarın təşkili dərslərin daha səmərəli planlaşdırılması, keçirilməsi və qiymətləndirilməsi ilə bağlı müəllimlərə dəstək məqsədi  daşıyır. İbtidai sinif müəllimlərinin və metodistlərin iştirak etdiyi seminarda TİPİİ-nin direktoru Vəfa Yaqublu çıxış edərək “Refleksiv müəllim” layihəsinin məqsədi, qaydaları haqqında məlumat verib.

Seminarda Şirvan şəhər 16 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Lətifə Hüseynovanın 2-ci sinif üzrə Azərbaycan dili dərsi üçün hazırladığı “Əkinçi və canavar” mövzusunda dərs icmalı dinlənilib və müzakirə edilib.

Daha sonra Şirvan şəhər 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aybəniz Tağıyevanın riyaziyyat fənnindən “Ölçü vahidləri” mövzusunda dərs icmalı müzakirə edilib.

Sonda dərsləri müzakirə edilən müəllimlərə TİPİİ-nin “Öyrən - öndə ol!” loqosu yazılmış hədiyyələr, həmçinin “TEAS Press” Nəşriyyat Evinin uşaqlar üçün hazırladığı bədii və informativ kitablar təqdim olunub.


5 il əvvəl