Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş yarış
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş 14-16 yaşlı idmançılar arasında cüdo idman növü üzrə “Təhsil” Respublika İdman Mərkəzinin respublika birinciliyi keçirilib.
Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən yarışa 9 çəki dərəcəsi üzrə 200-ə yaxın idmançı qatılıb.
Yarışların açılış mərasimində idman ictimaiyyətinin nümayəndələri iştirak edib, Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri konsert proqramları ilə çıxış ediblər.
Birincilikdə I yeri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, II yeri Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin və III yeri “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandaları tutub.
Qaliblər kubok və diplomla təltif edilib.
Yarışın keçirilməsində məqsəd milli dövlətçilik ənənələri barədə şagirdləri məlumatlandırmaq, perspektivli idmançıları aşkar etmək, müvafiq yaş qrupları üzrə yığma komandaları formalaşdırmaq və idmançıların oyun təcrübəsini artırmaqdan ibarət olub.
5 il əvvəl
Digər xəbərlər
-
BP Azərbaycan dilinə tərcümə olunmuş beş dərsliyi təqdim edib
19.03.2024 - 17:30 -
Vətəndaş müraciətlərinin statistikası
18.03.2024 - 15:16 -
Qrant müsabiqəsi çərçivəsində layihələrin qiymətləndirilməsi məqsədilə Ekspert Bankına qeydiyyat başlayır
15.03.2024 - 17:32 -
“Məktəbli könüllü” proqramının açılış mərasimi keçirilib
15.03.2024 - 17:00 -
“Azərbaycan müəllimi” qəzeti rebrendinq müsabiqəsi elan edir
15.03.2024 - 10:03