Təhsil Nazirliyi sualları canlı yayım vasitəsi ilə cavablandıracaq
Mayın 11-də saat 14:00-da “Təhsil” televiziyasının “Həftənin sualı” verilişi Təhsil Nazirliyinin “Youtube” kanalı və “Facebook” sosial şəbəkəsindəki səhifəsi üzərindən canlı olaraq yayımlanacaq. Verilişin qonağı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə olacaq.
Verilişdə may ayında keçiriləcək diaqnostik qiymətləndirmə, müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə yeniliklər və digər bu kimi suallara aydınlıq gətiriləcək.
Göstərilən məsələlərlə əlaqədar sizi maraqlandıran sualları hefteninsuali@edu.gov.az elektron poçt ünvanına göndərə bilərsiniz. Mövzuya uyğun sualları canlı yayım zamanı şərhlər bölməsinə də yazmaq mümkündür.
5 il əvvəl
Digər xəbərlər
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22