10.05.2018

Azərbaycanlı şagirdlərin beynəlxalq müsabiqədə uğuru

Özbəkistanın paytaxtı Daşkənd şəhərində “İstedad” adlı beynəlxalq müsabiqə keçirilib. Müsabiqəyə 14 ölkədən 543 ifaçı qatılıb. Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının X sinif şagirdi, qanun ifaçısı Sevda Cəbrayılova müsabiqədə uğurla çıxış edərək I yerə layiq görülüb. Sevda Cəbrayılova müsabiqədə H.Xanməmmədovun “Konsert”, A.Əlizadənin “Cəngi”, N.Əliverdibəyovin “Elegiya”, S.Ələsgərovun “Şoloxo” əsərlərini, “Bayatı-Şiraz” muğamını ifa edib. 

Müsabiqədə gimnaziyanın xanəndə ixtisası üzrə təhsil alan VI sinif şagirdi Əli Xuduzadə də uğurla çıxış edib. Belə ki, Əli Xuduzadə  III yerə layiq görülərək laureat adını qazanıb.


Açar sözlər: