• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyinin əməkdaşları arasında “Nə? Harada? Nə zaman?” oyunu keçirilib

Təhsil Nazirliyinin əməkdaşları arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə çempionat keçirilib. Çempionat nazirliyin əməkdaşları arasında komanda ruhunu gücləndirmək və onların asudə vaxtını birlikdə səmərəli təşkil etmək məqsədi daşıyır.

19 komandanın iştirak etdiyi yarış hər birində 10 sual olmaqla 3 turdan ibarət olub. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda birinci yeri Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin “VET” komandası, ikinci yeri Beynəlxalq əməkdaşlıq şöbəsinin “Böyük Altılıq” komandası, üçüncü yeri isə Təhsilin inkişafı proqramları şöbəsinin “Qartal” komandası qazanıb.

Qalibləri təbrik edən təhsil naziri Ceyhun Bayramov kollektiv arasında belə intellektual yarışların təşkil olunmasının əhəmiyyətini qeyd edib, sağlam mübarizə ruhunda keçirilən çempionatın davamlı olmasını diqqətə çatdırıb.

Qalib komandalar diplom və kubokla təltif edilib.


5 il əvvəl