• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“British Council” təşkilatının nümayəndələri ilə Peşə Təhsili üzrə Dövlət Agentliyində görüş

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “British Council” təşkilatının nümayəndələri ilə görüş keçirilib.

Görüşdə “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən birgə layihələr və onların uğurlu nəticələrindən bəhs edib, iki qurum arasında əməkdaşlığın  yüksək səviyyədə olduğunu vurğulayaraq bu əlaqələrin gələcək inkişaf perspektivlərini diqqətə çatdırıb.

“British Council Azərbaycan”, Təhsil Nazirliyi və turizm-xidmət sektorunun işəgötürənləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” layihəsi və BP şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilən “Kənd təsərrüfatı sahəsində peşə təhsili üçün yeni ixtisasların yaradılması” layihəsi çərçivəsində görülən işlər barədə məlumat verilib. Nəzərə çatdırılıb ki, turizm və xidmət sektoru üzrə təhsil almış 60 nəfər məzunun əksəriyyəti artıq işlə təmin olunduğundan növbəti tədris ilində layihəyə əlavə olaraq 180 nəfərin cəlb edilməsi planlaşdırılır.

Peşə Təhsili üzrə Dövlət Agentliyin direktoru Famil Mustafayev “British Council” və agentlik arasında müxtəlif tədris və təhsil layihələri çərçivəsində həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu bildirib, bu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.  

Görüşdə, həmçinin ikitərəfli əməkdaşlığın gələcək imkanları və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


5 il əvvəl