• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş yarış

“Təhsil” Respublika İdman Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş uşaq və yeniyetmələr arasında karate idman növü üzrə açıq çempionatı keçirilib.

Abşeron Olimpiya idman Kompleksində keçirilən yarışa 10 yaş qrupu üzrə 200-ə yaxın idmançı qatılıb.

Tədbirin bədii hissəsində Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin rəqs kollektivi və “Təhsil” Respublika İdman Mərkəzinin 6 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin karateçiləri nümunəvi çıxışlar edib.

Çempionatda I yeri “Təhsil” Respublika İdman Mərkəzinin 6 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin, II yeri “Təhsil” Respublika İdman Mərkəzinin 9 nömrəli Uşaq- Gənclər İdman Məktəbinin, III yeri “Cüdo 2012 Karate Klubu“ nun komandaları tutub.

Qaliblər kubok və diplomla təltif edilib.

Yarışın keçirilməsində əsas məqsəd milli dövlətçilik ənənələri barədə şagirdləri məlumatlandırmaq, perspektivli idmançıları aşkar etmək, müvafiq yaş qrupları üzrə yığma komandaları formalaşdırmaq və idmançıların oyun təcrübəsini artırmaqdan ibarət olub.


5 il əvvəl