• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH tələbələri MDB ölkələrinin teatr festivalında

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarında aktyor sənəti ixtisası üzrə təhsil alan IV kurs tələbələri Moskvada MDB ölkələri tələbələrinin “Rusiya Teatr Sənəti İnstitutunun ustad dərsləri” ("QİTİS-master-klass") teatr festivalında iştrak ediblər.

SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova, kursun rəhbəri Nöfəl Vəliyev və müəllim Ruslan İsmayılov, tələbələr - Corc Qafarov, Xədicə Məmmədova, Hilal Dəmirov, Sevgin Rzayeva, Könül Ələkbərova, Qönçə Vəliyeva, Orxan İsgəndərov, Məhəmməd Musayev, Hüseynağa Aslanov beş gün müddətində müxtəlif tanınmış mütəxəssislərin ustad dərslərində, tələbə tamaşalarında iştirak ediblər.

Səfər çərçivəsində tələbələr Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyo Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli şah cadükuni Məşhur” tamaşasını nümayiş etdiriblər.


5 il əvvəl