• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Futzal üzrə keçirilən II respublika birinciliyinin qrup mərhələsi başa çatıb

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə II respublika birinciliyinin qrup mərhələsinə yekun vurulub.

Qrup mərhələsində  ümumilikdə 31 ali və orta ixtisas təhsili müəssisələrinin komandaları iştirak edib. Komandalardan 21-i Bakı şəhərini, 10-u isə regionları təmsil edib.

6 qrupa bölünərək mübarizə aparan komandaların oyunları Milli olimpiya komandalarının təlim-məşq bazasının, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Şirvan Dövlət İqtisad və Humanitar Kollecinin, Göygöl rayon Olimpiya İdman Kompleksinin idman zallarında keçirilib.

Gərgin mübarizə şəraitində keçən  yarışda hər qrup üzrə birinci və ikinci yerləri tutan 10 ali və  iki orta ixtisas təhsili müəssisəsinin  komandaları pley-off mərhələsinə vəsiqə qazanıb.

Qrup mərhələsi üzrə 51 oyun keçirilib.

Növbəti mərhələ üzrə oyunlar mayın 5-də start götürəcək.  

Yarışda  I, II və III yeri tutan komandalar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Bundan başqa təsis edilmiş 5 nominasya üzrə seçiləcək tələbə futzalçılar da xüsusi  mükafatlarla təltif olunacaq.

 Birinciliyin keçirilməsində əsas məqsəd ali və orta ixtisas təhsili müəssisələri tələbələri arasında futzal idman növünün  kütləviliyinin  təmin edilməsi, beynəlxalq yarışlarda iştirak etmək üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi, ölkənin yeniyetmələrdən, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futzalçuların seçilməsinin təmin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.

Birincilik Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı, Təhsil NazirliyiAzərbaycan Futzal Federasiyasının dəstəyi ilə keçirilir.      


5 il əvvəl