• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanlı məktəblilər 23 aprel – Beynəlxalq Uşaq Festivalında

Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri Türkiyə Respublikasında keçirilmiş 40-cı TRT Beynəlxalq 23 aprel Uşaq Şənliyinə qatılıb.

Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

40 ölkənin qatıldığı festivalda mərkəz üzvləri milli rəqslərimizi nümayiş etdiriblər. Səfər çərçivəsində uşaqlar Türkiyənin baş naziri Binəli Yıldırımla görüşüb. Görüş zamanı baş nazir uşaqlarla söhbət edib, xatirə şəkili çəkdirib.

Bu il Türkiyə Respublikasının Bursa şəhərində keçirilmiş 40-cı TRT Beynəlxalq 23 aprel Uşaq Şənliyində 40 ölkədən 800-ə yaxın uşaq iştirak edib. Tədbirdə Azərbaycanı 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupu 20 nəfər uşaq və 2 nəfər rəhbər heyətlə təmsil edib.

Aprelin 27-dək davam edən səfər müddətində uşaqlar müxtəlif sərgilərdə iştirak edib, bayram yürüşünə qatılıblar. Eyni zamanda dərnək üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycanı tanıdaq” adlı tədbirdə iştirak ediblər.

23 aprel münasibəti ilə 3 nömrəli və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Sumqayıt şəhər 1 nömrəli, Quba rayonu, eləcə də Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri Türkiyənin müxtəlif şəhərlərində keçirilən şənliklərə qatılıblar.


5 il əvvəl