• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib

Aprelin 26-da Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olunub.

Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət NazirliyiAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı, “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılan tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır.

Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, AMEA-nın, Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.

“Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən tədbirdə paytaxtın 40-dan artıq ümumtəhsil məktəb və liseyinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqlar müxtəlif təqdimatlarla çıxış ediblər. Məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəcik və tamaşalar, musiqili kompozisiyalar, rəsm əsərləri təqdim ediblər. Şagirdlər intellektual yarışlarda iştirak edib, fləşmob keçiriblər.

Tədbir, həmçinin 30-dək nəşriyyat və kitabxana kitab sərgi-yarmarkası təqdim edib. “Oxu günü”ndə iştirak edənlər bir sıra nəşrləri güzəştli qiymətlərlə əldə ediblər. Nəşriyyatlar bəzi çap məhsullarını kitabsevərlərə ödənişsiz paylayıb.

“Oxu günü” çərçivəsində “Kitab qoy - kitab götür” aksiyası da keçirilib və mütaliəsevərlər oxuduqları kitabları başqaları ilə paylaşıblar.

 


5 il əvvəl