• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Milli Suverenlik və Uşaq Bayramı qeyd olunub

Heydər Əliyev Sarayında 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş mərasim keçirilib.

Mərasim hər iki ölkənin himninin səsləndirilməsi ilə başlayıb.

Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bu günün tarixindən, Türkiyə və Azərbaycanın dostluq münasibətlərindən danışıb. Səfir belə bir tədbirin keçirilməsindən məmnun olduqlarını vurğulayıb və uşaqlara ən xoş arzularını çatdırıb.

Tədbirdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov uşaqları əlamətdar gün münasibəti ilə təbrik edərək bu bayramın Azərbaycanda da qeyd edilməsinin ölkələrimiz arasındakı dostluq və qardaşlığın göstəricisi olduğunu vurğulayıb. Nazir müavini ölkəmizdə uşaqların yüksək qayğı və diqqətlə əhatə edildiyini, onların sağlam böyüməsi və təhsil alması üçün hər cür şərait yaradıldığını bildirib.

Tədbir musiqi, rəqs və teatr proqramı ilə davam edib. Bayram tədbirində Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Azəri inciləri” kollektivi milli və türk xalqlarının rəqslərindən ibarət kompozisiya ilə çıxış edib.

Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral tədbirin keçirilməsində əməyi olan təşkilatçılara, o cümlədən 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyinə mükafat təqdim edib.


5 il əvvəl