• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil nazirinin müavini Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin təhsil nazirlərinin görüşündə iştirak edib

Aprelin 20-də təhsil nazirinin müavini Firudin Qurbanov Moskvada təşkil olunan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin təhsil nazirlərinin görüşündə iştirak edib.

Tədbirin açılış mərasimində Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva və QDİƏT-in baş katibi Mixael Kristides çıxış ediblər.

Daha sonra görüşdə iştirak edən üzv dövlətlərin nümayəndələrinə söz verilib. Firudin Qurbanov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində təhsil sahəsində aparılan islahatlar və onların müsbət tendensiyaları haqqında tədbir iştirakçılarına məlumat verib.

Nazir müavini həmçinin, ölkəmizin QDİƏT üzv dövlətləri ilə təhsil sahəsində ikitərəfli əsasda həyata keçirilən əməkdaşlığı, xüsusilə ali təhsil müəssisələri arasında mövcud əlaqələri qeyd edib.


5 il əvvəl