• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin taekvondo komandası qalib olub

Azərbaycan Taekvondo Federasiyasının dəstəyi və "Ümid"  taekvondo klubunun təşkilatçılığı ilə "İlk liqa kuboku" keçirilib. 

Təhsil Nazirliyinin tabeliyində olan Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaq, yeniyetmə və gənclərdən ibarət 111 nəfərlik taekvondo komandası məşqçi Elməddin Vəliyevin rəhbərliyi ilə  "Daedo international" elektron sistemlə təchiz edilən yarışda  iştirak edib. Komanda Azərbaycan taekvondo tarixində ilk dəfə olaraq 13 qızıl medal ilə l yeri qazanmaqla "İlk liqa kuboku” və “İlk komanda kuboku”nun sahibi olub.

Yarışın keçirilməsində əsas məqsəd taekvondo idman növünün təbliği və inkişaf etdirilməsi, idmançıların yarış təcrübəsinin və ustalıqlarının artırılmasından ibarət olub.

İki gün davam edən turnirdə 37 komandadan 625 uşaq, yeniyetmə və gənc taekvondoçu qüvvələrini sınayıb.

Yarışlar Azərbaycan Boks Federasiyasının idman zalında keçirilib.


5 il əvvəl