• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

III respublika müsabiqəsinə start verilib

Aprelin 16-da Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların III respublika  müsabiqəsinə start verilib.

Müsabiqənin məqsədi şagird və tələbələr arasında ümummilli lider Heydər Əliyev irsini təbliğ etmək, istedadlı, yaradıcı gəncləri üzə çıxarmaqdır.

Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, xalq artisti Teymur Göyçayev müsabiqəni giriş sözü ilə açaraq iştirakçılara uğurlar arzulayıb.

Daha sonra Təhsil Nazirliyinin Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova ümummilli lider Heydər Əliyevin mədəni irsimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində və dünya miqyasında şöhrət tapmasında əvəzsiz xidmətlərindən danışıb.

Müsabiqənin rəsmi açılış mərasimindən sonra iştirakçıların çıxışları dinlənilib. Xalq artistlərindən ibarət Münsiflər Heyəti bir neçə gün ərzində məktəblilərin çıxışlarını dəyərləndirəcək.

Müsabiqənin təşkilati işləri Bülbül adına orta ixtisas musiqi məktəbi tərəfindən həyata keçirilir.

Müxtəlif ixtisaslar üzrə üç yaş qrupu olmaqla iki mərhələdə təşkil ediləcək müsabiqə çərçivəsində şagird və ifaçıların “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” adlı ilk elmi-praktik konfransı da keçiriləcək.

600 nəfərdən çox iştirakçının sənəd təqdim etdiyi müsabiqəyə mayın 3-də  Azərbaycan Dövlət Akademik Filarmoniyasında yekun vurulacaq.

 


6 il əvvəl