• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil nazirinin müavini Firudin Qurbanov Moskva şəhərinə səfər edəcək

Təhsil nazirinin müavini Firudin Qurbanov 18-21 aprel 2018-ci il tarixində  Moskva Beynəlxalq Təhsil Salonu çərçivəsində təşkil olunacaq forumda və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv-dövlətlərin təhsil nazirlərinin görüşündə iştirak etmək məqsədi ilə Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcək.

Rusiya Federasiyasının Təhsil və Elm NazirliyiYUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkil etdiyi “Dayanıqlı inkişaf məqsədləri 4: təhsildə İKT tətbiqi məsələlərinə dair qlobal dialoq” mövzusunda forum aprelin 18-də keçiriləcək. Forumda bir sıra dövlətlərin rəsmilərinin, ali təhsil müəssisələri rəhbərlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı planlaşdırılır. 

Səfər çərçivəsində - aprelin 20-də Firudin Qurbanov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv-dövlətlərin təhsil nazirlərinin görüşündə iştirak edəcək.


6 il əvvəl