• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Aprelin 7-də Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib.

Olimpiada Bakı şəhərində 4, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Lənkəran, Şəki şəhərləri, İsmayıllı, Şəmkir, Ağdaş və Quba rayonlarının hər biri üzrə 1 mərkəzdə keçirilib.

Olimpiadaların Respublika mərhələsinin yarımfinal turunda IX, X və XI sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə biliklərini sınayıblar. İnformatika fənni üzrə olimpiada isə aprelin 8-də Bakı Mühəndislik Universitetində təşkil olunacaq.

Bundan əlavə, bilik yarışında xüsusi istedadı və yüksək hazırlığı ilə seçilən VII, VIII sinif şagirdləri də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirib.

Fənn olimpiadalarının yarımfinal turunda yuxarı nəticə göstərən şagirdlər final mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.

Fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, Azərbaycan dili və ədəbiyyat fənni üzrə 1419, coğrafiya fənni üzrə 1458, riyaziyyat fənni üzrə 1067, tarix fənni üzrə 617, fizika fənni üzrə 405, kimya fənni üzrə 377, biologiya fənni üzrə 430,  informatika fənni üzrə 121 şagird növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. 

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Qeyd edək ki, Respublika fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə keçirilir.


6 il əvvəl