• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

V beynəlxalq xoreoqrafiya festivalında uğur əldə olunub

Təhsil Nazirliyinin tabeliyində olan 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində keçirilən tanınmış rəqqas və baletmeyster Vaxtanq Çabukiani adına V beynəlxalq xoreoqrafiya festivalında iştirak edib.

10 ölkənin iştirak etdiyi festivala 7-11, 12-16 və 17-20  yaş qrupları üzrə rəqqaslar qatılıb.

Festival iştirakçılarının çıxışlarının qiymətləndirməsi beynəlxalq səviyyəli münsiflər heyəti tərəfindən aparılıb.

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi festivalda “Təbəssüm” və “Xarı bülbül” rəqs qrupları ilə təmsil olunub. Dərnək üzvləri “Folklor” nominasiyası üzrə “Şənlik” və “Bayram” rəqsləri ilə çıxış edərək “Qızıl kubok” qazanıb və festivalın laureatı adına layiq görülüblər.

Festival çərçivəsində Gürcüstanın Xoreoqrafiya Assosiasiyasının vitse-prezidenti, Gürcüstan Dövlət İncəsənət Universitetinin kafedra müdiri, məşhur xoreoqraf Natalya Diqmelaşvili uşaqlara ustad dərsləri keçərək gürcü rəqsləri haqqında məlumat verib.


5 il əvvəl