• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi

Martın 29-da Bakı Musiqi Akademiyasında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə  həsr olunmuş anım mərasimi keçirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı sərəncama əsasən, erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə  müvafiq tədbirlər planının təsdiq edildiyini və bu istiqamətdə silsilə tədbirlərin təşkil olunduğunu vurğulayıb. Nazir müavini tariximizin qan yaddaşına çevrilən 31 mart hadisələrinin xalqımız tərəfindən heç vaxt unudulmayacağına əminliyini bldirib.

Anım tədbirində soyqırımı gününə  həsr olunmuş ədəbi-bədii kompozisiyalar təqdim olunub, incəsənət nümayəndələri, beynəlxalq müsabiqə laureatları, tələbələr tərəfindən Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov, Fərhad Bədəlbəyli və digər bəstəkarların əsərləri səsləndirilib. 


6 il əvvəl