• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Aprelin 7-də Respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Olimpiada Bakı şəhərində 4, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Lənkəran şəhərləri, Şəki, İsmayıllı, Şəmkir, Ağdaş və Quba rayonlarının hər biri üzrə 1 mərkəzdə keçiriləcək. İnformatika fənni üzrə olimpiada isə Bakı Mühəndislik Universitetində təşkil olunacaq.

Şagirdlər iştiraklarının təsdiqi üçün www.olimpiada.edu.az saytında qeydiyyatdan keçməli və buraxılış vərəqələrini əldə etməlidirlər. Qeydiyyat prosesi martın 29-dək davam edəcək. Qeydiyyatla bağlı hər hansı bir problem yaranarsa, yerli təhsili idarəetmə orqanlarına və ya info@olimpiada.edu.az elektron poçtuna müraciət edilməsi xahiş olunur. 

Qeyd edək ki, fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, Azərbaycan dili və ədəbiyyat fənni üzrə 1419, coğrafiya fənni üzrə 1458, riyaziyyat fənni üzrə 1067, tarix fənni üzrə 617, fizika fənni üzrə 405, kimya fənni üzrə 377, biologiya fənni üzrə 430,  informatika fənni üzrə 121 şagird növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. 

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərinin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdləri IX sinif şagirdləri ilə bərabər öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi və  şagirdlərdə fənlərə marağın artırılmasından, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.


6 il əvvəl