• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Bir günəş altında" adlı tamaşa nümayiş olunub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında  “Bir günəş altında" adlı tamaşa nümayiş olunub.

Tamaşada rolları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, eləcə də fiziki imkanları məhdud tələbələr ifa ediblər.

Tamaşanın məqsədi fiziki imkanları məhdud gənclərin cəmiyyətə inteqrasiya edilməsinə köməklik göstərmək və onların digər gənclərlə birgə fəaliyyətinə dəstək olmaqdır.

Tədbir Təhsil Nazirliyi və “British Council Azerbaijan”nın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi, SABAH qrupları və  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə baş tutub.

 


6 il əvvəl