• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb

2018-2019-cu tədris ilinə ölkənin ümumi təhsil məktəblərinin 11-ci sinifləri üçün nəzərdə tutulan və ilk dəfə olaraq yeni təhsil proqramları (kurikulumları) əsasında tərtib edilmiş dərslik və müəllim üçün metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb. Bu məqsədlə həmin dərslik və metodik vəsaitlərin layihələri www.trims.edu.az saytının “İctimai müzakirə” bölməsində yerləşdirilib. Yaxın zamanda bütün layihələrin sayta yerləşdirilməsi nəzərdə tutulub.

Sayta daxil olaraq “İctimai müzakirə” bölməsində yerləşdirilmiş istənilən dərslik və metodik vəsaitin layihəsinin məzmunu ilə tanış olmaq, orada xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq  mümkündür.

İrad və təkliflər  derslik@edu.gov.az elektron poçtuna göndərilməklə də bildirilə bilər.

Təhsil Nazirliyi alimləri, təhsil işçilərini, valideynləri, ictimai birlikləri və digər bütün maraqlı tərəfləri dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair öz arzu, irad və təkliflərini bildirməklə ictimai rəyin öyrənilməsində fəal iştiraka dəvət edir.

 


6 il əvvəl