05.03.2018

“Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası ölkə birincisi olub

Boks üzrə 15-16 yaşlı idmançılar arasında ölkə birinciliyi keçirilib.

49 komandanın, 300 nəfərə yaxın idmançının qatıldığı yarışda “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası 4 qızıl, 3 gümüş və 3 bürünc medal  qazanaraq komanda hesabında birinci yeri tutub.

Yarış öncəsi Təhsil Nazirliyinin tabeliyində olan, boks idman növü fəaliyyət göstərən idman-şahmat məktəblərinin müvafiq yaş qrupu üzrə boksçularının iştirakı ilə seçim turu keçirilərək mərkəzin yığma komandası müəyyənləşdirilib, komanda üzvlərinin ölkə birinciliyinə hazırlığı ilə əlaqədar “Zuğulba” Tədris İdman Bazasında təlim-məşq toplanışı keçirilib.


Açar sözlər: