• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Məktəblinin dostu” layihəsi çərçivəsində görüş

Fevralın 23-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə  “Məktəblinin dostu” pilot layihəsi ilə bağlı ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.

Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru  Fərhad Hacıyev, media qurumlarının rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri, təhsil ekspertləri, jurnalistlər iştirak edib.

Qonaqlar “Məktəblinin dostu” pilot layihəsi üzrə fəaliyyət göstərən əməkdaşlarla görüşüb, onların gündəlik iş fəaliyyətini izləyiblər.

Daha sonra "Məktəblinin dostu" layihəsinin rəhbəri Rüstəm Ağayev təqdimatla çıxış edərək layihənin məqsəd və vəzifələrindən danışıb. Layihə rəhbəri əməkdaşların işəgötürülmə prosesindən, onlar üçün təhsil qanunvericiliyi, fövqəladə hallarda davranış qaydaları və təcili tibbi yardım xidmətinin hadisə yerinə çatanadək ilkin müayinələrin aparılması ilə bağlı təlimlər keçirildiyi, habelə tərəfdaşlıq qurumlarla birgə  fəaliyyət və layihə çərçivəsində fəaliyyət göstərən Psixoloji Mərkəzin iş istiqamətləri barədə məlumat verib.

Görüşdə layihə ilə əlaqədar rəy və təkliflər səsləndirilib, icra edilmiş təşəbbüslərə dair müzakirələr aparılıb.

Qeyd edək ki,  “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 32 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.


6 il əvvəl