• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dünya Skaut Hərəkatı Təşkilatının nümayəndə heyəti ilə görüş

Təhsil nazirinin müavini Firudin Qurbanov Dünya Skaut Hərəkatı Təşkilatının nümayəndə heyəti ilə görüşüb.

Görüşün məqsədi Dünya Skaut Hərəkatının qeyri-formal təhsil sahəsindəki təcrübəsi haqqında ətraflı məlumat əldə edərək bunu ölkəmizin məktəbdənkənar  təhsil müəssisələrində tətbiq etmək olub.

Hərəkatın Təşkilati inkişaf üzrə qlobal direktoru Devid Berq 2017-ci ildə 41-ci Dünya Skaut Konfransı və 13-cü Dünya Skaut Gənclər Forumunun Azərbaycanda keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını nəzərə çatdırıb, Avrasiya regionu,  həmçinin Azərbaycanda skaut hərəkatının genişləndirilməsinin onlar üçün vacibliyini qeyd edib.

Firudin Qurbanov məktəbdənkənar fəaliyyətin, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsinin zəruriliyini vurğulayaq qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində danışıqların aparılmasının əhəmiyyətini diqqətə çatdırıb.

Görüşün sonunda tərəflər mövcud əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bir daha ifadə ediblər.                


6 il əvvəl