• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH tələbələri üçün Qış Məktəbində təlimlər

Fevralın 17-də SABAH Karyera Akademiyası çərçivəsində Qubada SABAH II Karyera Qış Məktəbində təlimlərə başlanılıb.

Təlimlərin keçirilməsində məqsəd sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaqdır.

100-ə yaxın tələbənin iştirak etdiyi Qış Məktəbində SABAH tələbələri işədüzəlmə, magistratura təhsili, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılması mövzuları üzrə təlim keçəcəklər.

Əvvəlcə SABAH qrupları İcra Komitəsinin sədri Şahin Seyidzadə “Uğurlu karyera qurmağın yolları” mövzusunda təlim keçib.

Daha sonra təlimdə Şəms Mustafayeva “Uğura aparan ünsiyyət”, Aygün Babazadə “Tədqiqat bacarıqları və qlobal məlumat bazaları”, Fərid İsmayılzadə “Startapları uğura və uğursuzluğa aparan faktorlar” mövzularında çıxış ediblər.

Qruplar şəklində davam etdirilən təlimdə tələbələr karyera planlaşdırılması, CV və rezume yazılışı, müsahibə, təqdimat bacarıqları və digər mövzular üzrə məlumatlar əldə ediblər.

İki gün davam edəcək təlimin sonunda iştirakçılara sertfikatlar veriləcək.

SABAH Karyera Akademiyası 2017-ci ildə SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb. Akademiya peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə edir. SABAH Karyera Akademiyası çərçivəsində “SABAH” Karyera İnkişafı Sərgisi, “SABAH” Xaricdə Təhsil Sərgisi, “SABAH” İnnovasiya Forumu təşkil edilib.

Ötən il olduğu kimi, bu il də bir çox tərəfdaş şirkətlər (“Azercell”, “Kapital Bank”, “GoldenPay”, “Clarivate Analytics”,Youth Inc" və s.) və təlimçilər Qış Məktəbinin təşkilinə yaxından dəstək olublar.

SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2300-dən artıq tələbəni əhatə edir.

 


6 il əvvəl