• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yerli təhsili idarəetmə qurumlarının əməkdaşları üçün təlim

Fevralın 14-dən Təhsil Nazirliyində yerli təhsili idarəetmə qurumlarının internet resurslarına məsul əməkdaşlar üçün təlimə başlanılıb.

Təlimin keçirilməsində məqsəd rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) internet resurslarının idarəedilməsinin təkmilləşdirilməsi, bölgələrin təhsil həyatında baş verən yeniliklərin ictimaiyyətə çatdırılması işinin daha da genişləndirilməsi, bu işə məsul əməkdaşların müvafiq sahədə bilik və bacarıqlarının artırılmasından ibarətdir.

Təlimdə yerli təhsili idaəetmə qurumlarında ictimaiyyətlə əlaqələr işinin təşkili və  xəbər aktivliyinin təmin olunması, təhsil şöbələrinin saytlarında yaranan nöqsanlar və onların aradan qaldırılması yolları, həmçinin sosial şəbəkələrdən səmərəli istifadə edilməsi mövzuları üzrə təqdimatlar dinlənilib. Təlim zamanı müvafiq proseslər əyani şəkildə göstərilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  

Təlim fevralın 16-dək davam edəcək.


6 il əvvəl