• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Ali təhsil müəssisələrində potensialın gücləndirilməsi” mövzusunda seminar

Fevalın 12-də Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən “Ali təhsil müəssisələrində potensialın gücləndirilməsi” mövzusunda seminar öz işinə başlayıb. Keyfiyyətin Təminatı üzrə Avropa Şəbəkəsi (ENQA-nın) ekspertlərinin apardığı seminarda ali məktəblərin akkreditasiyası zamanı ekspert komissiyasının üzvləri kimi fəaliyyət göstərən ali təhsil mütəxəssisləri iştirak edirlər.

Seminar ali təhsil müəssisələrinin akkreditasiyası prosesinin təkmilləşdirilməsi və bu cəhətdən akkreditasiya proseslərində iştirak edən yerli ekspertlərin praktiki biliklərinin və potensialının inkişaf etdirilməsinə dəstək məqsədi daşıyır.

Seminarda xarici ekspertlər qismində iştirak edən Təhsildə Keyfiyyətin Təminatı üzrə Norveç Agentliyinin eksperti Tove Blytt Holmen, Hollandiyanın Akkreditasiya Təşkilatının eksperti Lineke van Bruggen və Litvanın Ali Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi Mərkəzinin direktoru Nora Skaburskiene nəzərdə tutulan 3 gün ərzində öz təcrübələrini yerli iştirakçılarla bölüşəcək və praktiki məsləhətlərini verəcəklər. Seminarda həmçinin, istifadə olunacaq simulyasiya modeli əldə edilən praktiki biliklərin tətbiqinə kömək edəcəkdir.


6 il əvvəl