SABAH müəllimləri üçün təlim
Təhsil Nazirliyinin SABAH qruplarında 2017-2018-ci tədris ilinin yaz semestrində dərs deyəcək yeni seçilmiş professor-müəllim heyəti və mütəxəssislər üçün “ADA” Universitetində təlimlər keçirilib.
Təlimlərin keçirilməsinin əsas məqsədi ali təhsil müəssisələrinin SABAH qruplarında tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edən professor-müəllim heyətinin peşəkarlığının artırılmasıdır.
Əvvəlki illərdən fərqli olaraq bu tədris ilində təlimin proqramına müəllimin fərdi işçi planını (sillabusun) tərtibetmə prinsiplərindən başqa tələbəyönümlü təlim metodunun başlıca xüsusiyyətləri və məqsədləri, tənqidi təfəkkür və tələbələrin qiymətləndirilməsi, qiymətləndirmə metodları və sistemləri, İKT-nin tədris prosesinə təsiri və digər mövzular da daxil edilib.
İki günlük təlimlərdə 80 nəfər iştirak edib. Növbəti təlimlər 10-11 fevral tarixlərində keçiriləcək.
6 il əvvəl
Digər xəbərlər
-
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30 -
Məktəblilərimiz informatika fənni üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər
22.04.2024 - 18:00 -
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi
22.04.2024 - 17:00 -
Tələbələr arasında voleybol üzrə çempionat keçirilib
22.04.2024 - 14:14 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00