• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Olimpiadaçıların qış məktəbi

Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin informatika fənni üzrə olimpiadaçı şagirdləri üçün “Azercell”-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində qış məktəbi təşkil edilib.

Qış məktəbinə paytaxt və bölgələrdən 20 şagird cəlb olunub. Qış olimpiada məktəbi zamanı əsas fəaliyyət beynəlxalq olimpiadalara hazırlıq prosesini daha da intensivləşdirməyə, tədris ilinin əvvəlindən keçirilən mövzuların təkrarına və yeni olimpiada məsələrinin həllinə yönəlib. Məşğələlər  iki yaş qrupu üzrə təşkil olunub. Yuxarı yaş qrupu 10-11-ci sinifləri, aşağı yaş qrupu 8-9-cu sinifləri əhatə edib. Qış məktəbində təlimçilər beynəlxalq olimpiada iştirakçıları və qalibləri olmuş gənc mütəxəssislər arasından seçilib. 

İnformatika fənni üzrə qış məktəbinin əsas məqsədi şagirdlərin olimpiadalara hazırlıq prosesinin stimulllaşdırılması, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elmi potensialının nümayiş etdirilməsi üçün şəraitin yaradılması, müxtəlif müsabiqələr nəticəsində müəyyənləşdirilmiş istedadlı şagirdlərlə ikinci yarımilə səmərəli hazırlığın həyata keçirilməsidir.


6 il əvvəl