Latviyanın təqaüd proqramı
Latviya Hökuməti 2018-2019-cu tədris ili üçün Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.
Təqaüd proqramı Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış Sazişə uyğun olaraq həyata keçirilir.
Təhsil bakalavriat, magistratura, doktorantura səviyyəsi üzrə ingilis və ya latış dilində aparılacaq.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları müvafiq internet səhifəsində (http://viaa.gov.lv/eng/scholarships_gov/scholarships_for_studies/) ərizə formasını doldurmalı və digər tələb olunan sənədləri 1 aprel 2018-ci ilədək təqdim etməlidirlər.
Bakalavriat və magistratura təhsil səviyyələri üzrə aylıq 500, doktorantura təhsil səviyyəsi üzrə aylıq 670 avro təqaüd təmin olunur. Səyahət və sığorta xərcləri namizədlərin özləri tərəfindən qarşılanır.
Bütün namizədlərin sənədləri yoxlanıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcəkdir.
6 il əvvəl
Digər xəbərlər
-
Valideyn və şagirdlərin nəzərinə!
29.03.2024 - 11:50 -
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək
29.03.2024 - 10:58 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
28.03.2024 - 12:08 -
Məktəblərdə kibertəhlükəsizlik qaydaları ilə bağlı maarifləndirmə tədbirləri keçiriləcək
27.03.2024 - 17:50 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
27.03.2024 - 10:16