24.01.2018

Macarıstanda yeni təqaüd proqramı

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə azərbaycanlı tələbələr üçün 2018-2019-cu tədris ili üzrə təqaüd proqramı elan edir.

Təqaüd proqramı kənd təsərrüfatı sahəsində magistratura səviyyəsində təhsil almaq istəyən şəxslər üçün nəzərdə tutulub.

İngilis dilində aparılacaq proqrama əsasən, heyvandarlıq, su resurslarının idarə olunması, ətraf mühit mühəndisliyi ixtisasları üzrə təhsil almaq mümkündür.

Təhsil haqqı, yaşayış və tibbi sığorta Macarıstan tərəfindən qarşılanır.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları tələb olunan sənədləri 28 fevral 2018-ci il tarixinədək REU-Scholarhip@fao.org elektron poçt ünvanına göndərə bilərlər.

 

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyinin 2018-2019-cu tədris ili üzrə təqaüd proqramı


Açar sözlər: