• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dövlət mükafatı təqdim olunub

Dekabrın 27-də təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmuş Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynova ali mükafatı təqdim edib.

Elxan Hüseynovun  təhsil sahəsindəki fəaliyyətindən danışan Ceyhun Bayramov ona uğurlar arzulayıb.

Rektor əməyinə verilən yüksək qiymətə görə ölkə Prezidentinə dərin minnətdarlığını bildirib.


6 il əvvəl