• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yetmiş yaşını tələbələri ilə qeyd edən sənətkar

Dekabrın 26-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli pianoçu, Akademiyanın rektoru, Xalq Artisti, Dövlət mükafatı laureatı, “İstiqlal” ordenli, professor Fərhad Bədəlbəylinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə dövlət və hökumət nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Milli Konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Kərimi və başqaları çıxış edərək yubilyara təbriklərini çatdırıblar.

Bildirilib ki, Bakıda görkəmli rejissor, Azərbaycanın Xalq Artisti Şəmsi Bədəlbəylinin ailəsində dünyaya göz açan Fərhad Bədəlbəyli 1965-1969-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfində), 1969-1971-ci illərdə isə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B.Davidoviçin sinfində) oxuyub. Hələ gənc yaşlarından böyük uğurlara imza atan pianoçu qısa vaxtda şöhrət qazanıb. O, Bolqarıstan, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yaponiya və başqa ölkələrdə mədəniyyətimizi layiqincə təmsil edib. Hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rəhbərlik edən Fərhad Bədəlbəylinin gənc ifaçıların yetişməsində böyük xidmətləri var.

Sonra Xalq Artisti Fərhad Bədəlbəyli səhnəyə dəvət olunub. Yubilyara gül dəstələri və xatirə hədiyyələri təqdim olunub.

Fərhad Bədəlbəyli tədbirdə çıxış edərək yaradıcılığına göstərilən diqqət və qayğıya, Azərbaycanın ən yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif edilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, musiqi xadimlərinə və gənc musiqiçilərə uğurlar arzulayıb.

Sonda Akademiyanın tələbələrinin və müəllimlərinin ifasında yubilyara həsr edilmiş maraqlı konsert proqramı təqdim olunub.

 

AZƏRTAC


6 il əvvəl