• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Xalq mahnılarımızı yaşadaq” adlı müsabiqə başa çatıb

“Məktəblinin dostu” layihəsi çərçivəsində “Xalq mahnılarımızı yaşadaq” adlı müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə “Məktəblinin dostu” pilot layihəsinin rəhbəri Rüstəm Ağayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, müsabiqə iştirakçılarının valideynləri və şagirdlər iştirak ediblər.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə milli dəyərlərə hörmət və sevgi hissini aşılamaq və onların istedadlarının üzə çıxarılmasına imkan yaratmaqdır. Müsabiqənin qaydalarına uyğun olaraq, layihəyə daxil olan 31 ümumtəhsil məktəbinin hər birindən bir nəfər iştirakçı məktəbdaxili seçimlərdən sonra əsas müsabiqəyə qatılıblar.

Xalq və bəstəkar mahnılarını ifa edən müsabiqə iştirakçılarını xalq artisti Canəli Əkbərov, Mələkxanım Əyyubova və Simarə İmanova tərəfindən bal sistemi əsasında qiymətləndirilib.

Yekun nəticələrə əsasən, Bakı şəhəri 63 nömrəli  tam orta məktəb I, 284 nömrəli tam orta məktəb II, 20 nömərli tam orta məktəb isə III yerə layiq görülüb.

Tədbir mükafatçıların təltif edilməsi ilə yekunlaşıb.

“Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.


6 il əvvəl