• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Uşaqlar üçün bayram şənliyi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli  xüsusi internat məktəbində  31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il  münasibətilə bayram tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan internat məktəbinin direktoru Umnisə Nəcəfbəyova burada təhsil alan uşaqları bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Təhsil müəssisəsində uşaqların təhsili, onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şəraitin yaradıldığını söyləyən direktor həmçinin qeyd edib ki, burada təhsil alan 189 şagirdin təlim-tərbiyəsi ilə 37 müəllim və 28 tərbiyəçi məşğul olur.

Gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışan direktor ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sağlamlıq imkanları məhdud olan uşaqları daim diqqət mərkəzində saxladıqlarını vurğulayıb.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi üçün yeni tədris binası tikilib və 2015-ci ildə istifadəyə verilib. Bina müasir dizayna malikdir. Məktəbdə şagirdlər üçün dərnəklər və onların peşəyönümlü təlimi üçün emalatxanalar (tikiş, aşbazlıq, toxuculuq, xalçaçılıq, çilingərlik) fəaliyyət göstərir. Həmçinin təhsil müəssisəsində tam təchiz edilmiş biologiya, kimya, fizika laboratoriyaları, defektoloji kabinetlər, müasir idman zalı, trenajor zalı, ritmika otağı var.

Tədbirdə iştirak edən Xəzər Rayon İcra Hakimiyyəti  ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov fiziki və əqli qüsuru olan uşaqların maddi təminatla yanaşı, daha çox mənəvi dəstəyə ehtiyaclarının olduğunu və bu sahədə qayğı göstərən xeyirxah insanların əməllərini yüksək dəyərləndirib.

Sonra internat məktəbinin şagirdləri maraqlı ədəbi-bədii kompozisiyalar, səhnəciklər nümayiş etdirib, şeirlər söyləyib, Şaxta baba və Qar qızla birgə rəqs edib və mahnılar səsləndiriblər.


6 il əvvəl