• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH tələbələri “Azər Türk Bank”ın xüsusi təqaüdünə layiq görülüb

Təhsil Nazirliyi SABAH qruplarının tələbələri “Azər Türk Bank”ın təhsil haqqı təqaüdünə layiq görülüblər. Belə ki, “Azər Türk Bank” hər il  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə korporativ müştərilərin hədiyyələrlə təbriki üçün nəzərdə tutulmuş büdcə hesabına müxtəlif universitetlərin SABAH qruplarının III kursunda təhsil alan və tədrisdə yüksək nəticələr əldə edən 9 nəfər tələbənin bir illik  təhsil haqqının ödənilməsi barədə qərar verib.

Qeyd edək ki, SABAH qrupları Karyera Akademiyasının rəsmi tərəfdaşı olan “Azər Türk Bank” bu ilin Novruz bayramında da 10 tələbənin bir illik təhsil haqqını ödəyib.

Qeyd edək ki, SABAH qrupları Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət) 40-dan artıq ixtisas və 2300-dən çox tələbəni əhatə edir.

 


6 il əvvəl