• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Uşaq-Gənclər İnkişaf Mərkəzində hesabat tədbiri

Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibəti ilə “Dünyanı yalnız uşaqlarla birgə qurmaq olar” ədəbi-bədii və musiqili hesabat konserti keçirilib.

Tədbirdən öncə iştirakçılar “Sehrli əllər  dünyası” adlı rəsm əsərlərindən və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgi zalında rəssamlıq studiyasının dərnək üzvlərinin 300-dən çox rəsm, 100-dən çox  xalçaçılıq, art dizayn, ağac üzərində oyma, dekorativ-tətbiqi sənət, aviamodel, radiotexnika dərnəklərinin üzvlərinin əl işləri  nümayiş etdirilib.

Sərgiyə baxış və mərkəzlə tanışlıqdan sonra rəqs, teatr, musiqisevərlər, bədii qiraət dərnəklərinin üzvləri geniş konsert proqramı ilə çıxış ediblər.

Tədbirdə Təhsil Nazirliyinin sektor müdiri Ayla Həsənova, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Mübariz Bəşirov, Sumqayıt Şəhər Təhsil Şöbəsinin əməkdaşları, məktəbdənkənar və ümumtəhsil məktəblərinin direktorları, ictimaiyyət nümayəndələri, müəllimlər, valideynlər və mərkəzin dərnək üzvləri iştirak edib.


6 il əvvəl