• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan gənc alimlərinin I qurultayı keçirilib

Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan gənc alimlərinin I qurultayı keçirilib.

Tədbir iştirakçıları öncə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

AMEA-da davam etdirilən tədbirdə Azərbaycanın gənc alimlərinin son illər əldə etdiyi nailiyyətlərdən ibarət sərgiyə baxış keçirilib. Sərgini ziyarət edən tədbir iştirakçılarına AMEA-nın institut və təşkilatları, regional elmi bölmə və mərkəzləri, eləcə də ali təhsil müəssisələri üçün ayrılmış guşələrdə gənc alimlərin tədqiqatları, həyata keçirdiyi innovativ layihələr və əldə etdikləri elmi nəticələr barədə ətraflı məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikası Prezident­inin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkə Prezidenti cənab İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

Sonra çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə tədbirin "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən təşkil olunduğunu bildirib. Akif Əlizadə tədbirin əhəmiyyətindən danışaraq qurultayın intellektual gəncliklə bağlı proqramda nəzərdə tutulan vəzifələrin icrasına töhfə verəcəyinə əminliyini ifadə edib. AMEA rəhbəri müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirdiyini söyləyib. Akif Əlizadə qeyd edib ki, akademiyada gənclərin intellektual potensialının inkişafı, biliklər cəmiyyətinin qurulmasında onların rolunun artırılması, gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb. Son illər AMEA-nın 100-ə yaxın gənc aliminin dünyanın nüfuzlu elmi mərkəzlərinə ezam olunduğunu deyən akademik bu prosesin hazırda da davam etdiyini vurğulayıb.

Təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov elm və təhsilin inkişafı üçün ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin bir çox fərman və sərəncamlar imzaladığını qeyd edərək bu gün ölkə iqtisadiyyatının tələblərini ödəmək məqsədilə yüksək ixtisaslı mütəxəssis və alimlərin hazırlandığını vurğulayıb. XXI əsrin milli təhsil quruculuğunun "yol xəritəsi" sayılan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələrdən söz açan Ceyhun Bayramov ali təhsil sisteminin yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və formalaşdırılması üzrə görülən işlərin ali təhsil müəssisələri qarşısında yeni vəzifələr qoyduğunu söyləyib.

Ceyhun Bayramov təhsilin keyfiyyətinin yüksəldilməsi və kadr hazırlığının təmin edilməsindən danışaraq 2014-cü ildə SABAH qruplarının yaradılması, "Sabahın alimləri" respublika müsabiqəsinin keçirilməsi, respublika və beynəlxalq fənn olimpiadalarının təşkili, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemilə tədrisin təşkili Qaydaları"na dəyişikliklər edilməsi və tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsinin onların təhsilalma imkanlarının genişləndirilməsi məqsədilə atılan addımlardan olduğunu deyib.

Gənclər və idman naziri Azad Rəhimov ölkədə həyata keçirilən gənclər siyasətindən danışıb, həmçinin rəhbərlik etdiyi qurum tərəfindən yeniyetmə və gənclərin elmə marağının artırılması istiqamətində həyata keçirilən layihələr  haqqında məlumat verib.

Sonra qurultayın bəyannamə layihəsinin hazırlanması məqsədilə işçi orqanının yaradılması təklif olunub. Tədbirdə qurultay nümayəndələri tərəfindən qurultayın mandat komissiyası və katibliyinin tərkibi təsdiq edilib.

Daha sonra Azərbaycan gənc alimlərinin I qurultayının bəyannaməsi qəbul olunub.

Sonda qurultay iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti səsləndirilib.


6 il əvvəl