• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə

Təhsil Nazirliyinin SABAH qruplarında 2017-2018-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq üçün professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan olunub.

İKT və sahə bilikləri yüksək səviyyədə olan, innovativ tədris metodikalarından istifadə edə bilən, hərtərəfli dünya görüşünə malik ali təhsilli (magistr və daha yüksək elmi dərəcə) namizədlər müsabiqədə iştirak edə bilər. Universitet, dövlət sektoru və biznes sahəsində çalışan mütəxəssislər müsabiqəyə dəvət olunurlar.

Müsabiqədə iştirak üçün müvafiq fənnin adı siyahıdan seçilməli və qeydiyyat formasına əlavə olunmalıdır (Forma tam doldurulmalıdır).

Müsabiqədə iştirak üçün son müraciət tarixi 17 dekabr 2017-ci ildir.

Seçim zamanı müvafiq sahə üzrə ali təhsil müəssisəsində tədris təcrübəsi olan, fəlsəfə doktoru, elmlər doktoru elmi dərəcələrinə malik və xaricdə ali təhsil almış namizədlərə üstünlük veriləcəkdir.

Xaricdə təhsil alan namizədlər nostrifikasiya sənədini təqdim etməlidirlər.

Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çoxu iki fənn üçün müraciət edə bilər. Müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasına daxil edilib: https://teacher.sabah.edu.az 

SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə yaradılmış savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır.

Layihənin məqsədi ali təhsil sistemində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması və qlobal kadr bazarının tələblərinə cavab verən savadlı və peşəkar mütəxəssislərin yetişdirilməsidir.

SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 ali təhsil müəssisəsində formalaşdırılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə 40-dan artıq ixtisas və 2300-dən çox tələbəni əhatə edir.

2017-ci ildə SABAH qruplarının ilk məzun buraxılışı olub.


6 il əvvəl