• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Məktəbdənkənar müəssisələrdə qabaqcıl metodiki və pedaqoji təcrübə”

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində (RUGİM) “Təhsildə keyfiyyət ili” çərçivəsində “Məktəbdənkənar müəssisələrdə qabaqcıl metodiki və pedaqoji təcrübə” mövzusunda təlim keçirilib. Ekologiya, turizm və diyarşünaslıq istiqamətlərində keçirilən maarifləndirici  təlimə mərkəzdə fəaliyyət göstərən dərnəklərin rəhbərləri qatılıb.

RUGİM-in direktoru Firuzə Sultanzadə yeni tədris ili üçün proqram və layihələr, tərəfdaşlarla əməkdaşlığın inkişafı və birgə mühüm tədbirlərin həyata keçirilməsi haqqında məlumat verib, mərkəzin eksperti Stefanie Ettling  müasir  standartlara uyğun olan dərsin  gedişi  barədə metodiki tövsiyə ilə çıxış edib.

Təlimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya idarəsinin əməkdaşları da iştirak edib. Bildirilib ki, ölkənin təbii ehtiyatlarının davamlı istifadəsi və alternativ enerji mənbələrinin tətbiqi sahəsində gənc nəslin bilik və bacarıqlarının artırılması üçün müvafiq idarə ilə RUGİM arasında anlaşma memorandumu imzalanıb. Həmin sənədə əsasən, elmi-tədqiqat və ekoloji maarifləndirmə məqsədi ilə birgə seminar və konfransların, öyrədici proqramların, turların, ekskursiyaların, praktik məşğələlərin və digər layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Daha sonra təlimdə “Yaşıl düşüncə-yaşıl davranış” mövzusunda təqdimat edilib, Səmti Müəyyən Etmə İdman Federasiyası ilə RUGİM arasında əməkdaşlığın gələcək istiqamətləri  müzakirə olunub.

 


6 il əvvəl