• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Strasburq Universitetində UFAZ-ın Rəhbər Komitəsinin iclası keçirilib

Strasburq Universitetində (Unistra) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Rəhbər Komitəsinin ilk iclası keçirilib. İclasda Rəhbər Komitəsinə Unistra və ADNSU-nun hər birindən bir direktorun seçilməsi, komitənin daxili qaydalarının müəyyənləşdirilməsi, birinci tədris ilinin fəaliyyətinin nəticələri, 2018-ci tədris ili üçün xarici tələbələrin UFAZ-a qəbul şərtləri və başqa məsələlər müzakirə olunub.

Noyabrın 23-də Unistrada keçirilən UFAZ-ın Rəhbər Komitəsinin ikinci iclasında Strasburq Universitetinin prezidenti Michel Deneken, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, bu qurumun beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Muxtar Məmmədov, Fransa Xarici İşlər Nazirliyinin ali təhsil və araşdırma üzrə direktoru Clelia Chevrier-Kolacko və başqaları iştirak ediblər.

Görüşdə cari tədris ilinin rəqəmləri, UFAZ-ın birinci tədris ili üzrə qiymətləndirmə hesabatı, büdcənin idarə edilməsi, pedaqoji və elmi məsələlər, UFAZ-ın inkişaf strategiyası və bu kimi digər məsələlər müzakirə olunub.

UFAZ-ın Rəhbər Komitəsinin növbəti iclasının 2018-ci ildə Bakıda keçirilməsi planlaşdırılır.

AZƏRTAC


6 il əvvəl